Karantin qaydalarını pozaraq yas mərasimi keçirən 13 nəfər cərimələndi
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidmət aparan zaman Mirzəməmmədkənd kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi keçirildiyini müəyyən ediblər.
Polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb, mərasimi təşkil edən ev sahibi və mərasimdə iştirak edən 13 nəfər şəxs cərimə olunublar.