Karantin rejimini pozan 16483 nəfər inzibati məsuliyyətə cəlb edilib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə ötən bir sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər inzibati məsuliyyətə cəlb edilib.

 

Bu barədə APA TV-yə Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

 

Məlumatda qeyd edilir ki, ümumilikdə aprelin birindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv