Karantin rejimini pozan kafe sahibi və 11 müştəri yaxalandı - SUMQAYITDA

Sumqayıt şəhərində sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe  aşkarlanıb.

 

APA TV-nin məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 45-ci məhəllədə “Tac” kafesinin icarədarı  Elvin Arif oğlu Hüseynov və 11 müştəri inzibati məsuliyyətə cəlb olunub.

 

Ümumilikdə 12  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq kafenin icarədarı 25 sutka müddətinə inzibati qaydada həbs edilib, digərləri cərimə olunub.

 

Sumqayıtda analoji reydlər bundan sonra da davam etdiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv