Karantin rejimini pozanlar inzibati məsiliyyətə cəlb edilib - GƏNCƏDƏ
Respubilka ərazisində koronavirus pandemiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərinin giriş və çıxışlarında eləcə də daxildə xüsusi karantin rejimini pozanlara qarşı inzibati qaydada tədbirlər görülüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə şəhərində də icazəsiz evlərini tərk edənlər və xüsusi karantin rejiminin tələblərini pozan vətəndaşlar inzibati qaydada cərmələnib. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların hərbçiləri şəhərin əsas küçə və prospektlərində apardığı yoxlamalar zamanı xüsusi karantin rejiminin pozanları aşkarlayıb. Belə ki, polis əməkdaşları ilə daxili qoşunların əməkdaşları sözü gedən ərazidə bütün avtomobilərin sürüclərini və sərnişinlərini yoxlanıb.
Xüsusi karantin rejimi qaydalarına zidd olaraq SMS vasitəsi ilə icazə almadan rejimin tələblərini pozan vətəndaşlar barəsində qanunauyğun şəkildə tədbirlər görülüb. Reyd zamanı qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülər üzə çıxıb.
Həyata keçirilən bütün tədbirlər, əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələri, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını bir daha xahiş olunur. Qeyd edək ki, xüsusi karantin rejimi tədbiq ediləndən bu günə qədər Gəncədə 315 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb. Onlardan 7 şəxs barəsində aidiyyatı məhkəmənin qərarı ilə inzibati həbs seçilib, inzibati tədbir görülən şəxslərdən 20 nəfəri iaşə obyektlərinin sahibləridir. Digərlərinə isə inzibati qaydada cərmə yazılıb.