Kayrat Sarıbay: “Postkonflikt dövründə reabilitasiya tədbirləri həyata keçirilir”

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayın mətbuat konfransı keçirilib. Onun sözlərinə görə, "Bu il 32-ci ildönümünü qeyd etdiyimiz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə fəaliyyəti dövründə məqsədinə çatıb". Kayrat Sarıbay deyib ki, Azərbaycanın quruma sədrlik etməsi olduqca mühüm hadisədir. Azərbaycanın sədrlik müddətində əsas prioritetlərindən biri Asiyanın beynəlxalq əhəmiyyətli məsələlərdə artan rolunun daha da yüksəlməsinə mühüm töhfələr vermək olacaq. Bundan başqa, o əlavə edib ki, hazırda bölgədə icra olunan postmünaqişə dövrü layihələri diqqətlə izlənilir: "Təşkilatın əsas prioritetlərindən biri hərbi-siyasi əməkdaşlığın gücləndirilməsidir. Xüsusilə də dünyadakı geosiyasi dəyişikliklər fonunda bu çox vacibdir. Xüsusilə də Azərbaycanın 2020-ci ildə Qarabağ məsələsinin həlli üzrə həyata keçirdiyi tədbirlər nəticəsində regionda bir münaqişə tarixə qovuşdu. Hazırda isə bölgədə postkonflikt dövründə reabilitasiya tədbirləri həyata keçirilir. Onu da qeyd edim ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi də vacibdir. Çünki həm Qazaxıstan, həm də Azərbaycan böyük qlobal nəqliyyat şəbəkələrinin üzərində yerləşir. Bu baxımdan təşkilat çərçivəsində iqtisadi əməkdaşlıq imkanlarının daha da artırılması zərurəti yaranıb

Müəllif | Apa.Tv
Apa.tv