17:27 23 noyabr 2022 80
Ana səhifə Xəbərlər

Keçmiş Əbu Bəkr məscidində yenidənqurma başa çatır, imam təyin ediləcək

Nərimanov rayon Cümə məscidində (keçmiş Əbu Bəkr) təmir və yenidənqurma işləri ilin sonuna yekunlaşır.

 

Məsciddə təmir və yenidənqurma işləri Abşeron-Şirvan memarlıq üslubuna uyğun aparılıb.

 

Minarələrdən biri tam qəzalı vəziyyətə düşdüyü üçün həm qəzalı vəziyyətdə olan minarə, həm də vahid memarlıq üslubuna uyğun olması üçün digər minarə sökülərək yenidən tikilib. O cümlədən günbəz də yenidən qurulub.

 

Məsciddə əlavə xidməti yerlər tikilib, həyəti abadlaşdırılıb.

 

Bu ilin sonuna qədər müvafiq imtahanlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidə yeni imam təyin edəcək, məscid ibadətə açılacaq.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın