Keçmiş ərinin mal-qarasını bir gecədə apardı - BOŞANMIŞ QADININ HEYİFİ

Şəmkirdə fermadan mal-qara oğurlanıb.

APA TV-nin qərb bürosunun məlumatına görə, Gədəbəy sakini Yaqub Tağıyev Şəmkir polisinə fermasından 5 baş iribuynuzlu heyvanının oğurlandığını bildirib. Çox keçmədən oğru tapılıb. Amma onun Xəyalə olacağı nə Yaqubun, nə də polisin xəyalına yəqin ki, gəlməzdi. Xəyalə İsmayılova Yaqubla bir müddət əvvəl rəsmən boşanan keçmiş həyat yoldaşıdır: “İstintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Yaqub Tağıyevə məxsus həmin 5 baş heyvanı onun keçmiş həyat yoldaşı İsmayılovA Xəyalə Fazil qızı oğurlayıb. Xəyalə İsmayılova şöbəyə dəvət olunaraq onunla profilaktiki söhbət aparılıb, söhbət zamanı onun oğurladığı həmin heyvanların yeri müəyyən edilərək sahibinə qaytarılıb”.

Qadın oğurluğa gecə saatlarında gəlib, heyvanları qabağına qatıb, birbaş aparıb atası evinə. Valideynlərinə isə heyvanların Yaqubun ona hədiyyəsi olduğunu bildirib. Xəyalə İsmayılova cinayəti törədən zaman evdə heç kimin olmamasından xəbərdar olduğunu deyib. Bir müddət mal-qaranı atasının həyətində saxlayan qadın sonradan onları bazarda tanımadığı şəxslərə satıb: “Axşam saat 7 olardı, getdim heyvanları haylayıb qapıya gətirdim. Evdəkilər 3-nü satandan sonra bildilər. Sonuncu ikisini aparanda dedim ki, yoldaşım verib, satıb evimizi düzəltdirəcəyəm”.

Faktla bağlı cinayət işi iş başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv