Keçmiş həyat yoldaşını dəfələrlə təhdid etdi, yoldaşı ilə birgə 3 nəfəri bıçaqladı

Gəncədə kişi həyat yoldaşı ilə ayrılığı qəbul edə bilmədiyi üçün onu bıçaqlayıb.

Hadisə şəhərin Atatürk prospektində yerləşən evlərin birində qeydə alınıb. Sumaqayıt şəhər sakini, 34 yaşlı Babək Nəsirov keçmiş həyat yoldaşı 30 yaşlı Elnurə Əlimardanova ilə onunla barışması üçün mübahisə edib. Əsəblərini cilovlaya bilməyən 34 yaşlı kişi əvvəl qayınına, sonra isə həyat yoldaşına, əmisinə və onun qonşusuna bıçaqla xəsarətlər yetirib.

Elnurə Əlimərdanova 2016-cı ildə ailə qurduğu Babək Nəsirovun şiddətinə dözə bilmədiyindən bir müddət əvvəl 2 azyaşlı övladı ilə birgə Gəncəyə atası evinə qayıdıb. 34 yaşlı Babək onu burada da rahat buraxmayıb. Dəfələrlə barışmayacağı təqdirdə onu öldürəcəyi ilə hədələyib.

Yaralılar 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanov xəstəxanaya yerləşdirilib. Dərhal onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının  keçirdikləri tədbir nəticəsində Babək Nəsirov Sumqayıt şəhərində saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.

Qeyd edək ki, cütlüyün 2 azyaşlı övladı var. Onlar bir neçə il bundan əvvəl sosial şəbəkədə tanış olaraq ailə qurublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv