Keçmiş həyat yoldaşını qətlə yetirdi, evi və maşını yandırdı - SALYANDA DƏHŞƏT
Salyan sakini keçmiş həyat yoldaşını qətlə yetirib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında baş verib.
Salyan sakini, 1962-ci il təvəllüdlü Ələkbər Hüseynov keçmiş həyat yoldaşı, 1970-ci il təvəllüdlü Mirqubət Hüseynovanı bıçaqla qətlə yetirib.
Daha sonra o, Əliağa Kürçaylı 60 ünvanında yerləşən fərdi yaşayış evini və həyətdə olan VAZ markalı avtomobili qəsdən yandırıb.
Qadının meyiti yanan evdən oğlu tərəfindən çıxarılıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyi Salyan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilərək alov söndürülüb.
Hadisəyə mənzil bölgüsü ilə bağlı münaqişə səbəb olub.
Ələkbər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.