Keçmiş məhkum iki bacını bıçaqladı - ŞİRVANDA

Şirvanda 2 bacı bıçaqlanıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, əvvəllər məhkum olunan Şirvan sakini, 58 yaşlı Eyvaz Nəzərov qonşuları - 1993-cü il təvəllüdlü Şəhla Qasımovanı və onun bacısı, 1994-cü il təvəllüdlü İlahə Qasımovanı bıçaqlayıb.

 

Hər iki bacı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

 

Hadisə zamanı daha iki nəfər əlindən yüngül bıçaq xəsarətləri alıb.

 

Hadisəni törədən Eyvaz Nəzərov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv