Keçmiş məhkum kabelləri oğurlayıb yandırdı

Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə 12 ildən artıq məhkumluq həyatı yaşayan Qalib Qasımov saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Qalib Qasımovun

yaşadığı ünvana baxış keçirilən zaman isə evin zirzəmisində gizlətdiyi yarım

kiloqrama yaxın marixuana maddi sübut kimi götürülüb.

 

Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində

onun törətdiyi digər cinayət əməlinin də üstü açılıb. Qalib Qasımovun

şəhər ərazisində yerləşən, təmir işləri gedən evdən 700 manat dəyərində elektrik

kabelləri oğurladığı da müəyyən edilib. O, ifadəsində oğurladığı kabelləri

yandırdığını və əldə etdiyi misi satmaq niyyətində olduğunu bildirib.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv