13:42 23 may 2022 243
Ana səhifə Xəbərlər

Keçmiş məhkum külli miqdarda pul oğurladı

Şirvanda evdən pul oğurlayan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat xidmətinin Şirvan regional qurupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini M.Qasımov ona məxsus fərdi yaşayış evindən 1000 ABŞ dolları və 2 000 manat pulun oğurlanması barədə məlumat verib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd Abdullayev saxlanılıb.

 

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı pulları xərclədiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın