Keçmiş məhkum maşın qaçırdı

Bakıda avtomobil qaçırılıb.

 

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, yanvarın 14-də rayon ərazisindən Bakı şəhər sakini V.Kərimova məxsus “Renault” markalı avtomobil qaçırılıb.

 

Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv