Keçmiş məhkum özünü hərbçi kimi təqdim edib karantini pozdu – GƏNCƏDƏ
Gəncədə özünü hərbçi kimi təqdim edərək xüsusi karantin rejimini pozan şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən hərbi geyimli bir nəfər şəxsin qeyri-adekvat hərəkətlərinə görə saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 23 yaşlı Kirill Muradov xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün hərbi forma geyinib.
Faktla bağlı araşdırmalar davam etdirilir.