Keçmiş məhkum yenidən oğurluq etdiyinə görə yaxalandı – QUBADA
Qubada mağazalardan oğurluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində müxtəlif vaxtlarda mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə altı il həbs olunmuş Aydın Məhərrəmov tutulub.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayəti etiraf edib: “2-3 dəfə marketlərə girib oğurluq eləmişəm. 6 il də həbsdə olmuşam. Məsləhətim odur ki, heç kim oğurluq etməsin”.
Faktla bağlı araşdırmalar davam etdirilir.