Keçmiş məhkumdan 1 kq-dan çox heroin götürüldü – 2 MİN MANATA ALMIŞDI

Sabunçuda keçmiş məhkumdan 1 kiloqramdan artıq heroin götürülüb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Rafiq Mehdiyevin istintaqa məlum olmayan mənbədən 2 min manata narkotik vasitə olan heroin alması barədə əməliyyat məlumatı daxil olub.

 

Keçirilən tədbirlər nəticəsində Rafiq Mehdiyev Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqram 108 qram olan heroin aşkar olunaraq götürülüb. O, istintaqa ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

         

Müəllif | Apa.Tv
Apa.tv