Keçmiş məhkumdan 1 kq heroin götürüldü - BAKIDA
Bakıda narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən saxlanılıb.
APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, polis əməliyyatı zamanı paytaxt sakini Vaqif Qəmbərov tutulub. Ondan külli miqdarda - 1kq 30 qram narkotik vasitə olan heroin götürülüb.. V.Qəmbərov narkotik vasitənin ona məxsus olduğunu və bir neçə ay əvvəl şəxsiyyəti istintaqa məlum olmayan tanışından aldığını bildirib:
V.Qəmbərov qeyd edib ki, narkotik vasitəni əldə edəndən sonra yaşadığı Ramana qəsəbəsi ərazisində gizlədib:
Faktla bağlı cinayət işi başlanılıb. V.Qəmbərovun ətrafında əməliyyat tədbirləri davam etdirilir.