Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutulub.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Şain İbişov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı çəkisi 4 qramdan artıq tiryək aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Şain İbişovun yaşadığı evə də baxış keçirilib. Bu zaman oradan 1 kiloqram 740 qram tiryək aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv