Keçmiş məhkumdan silah götürüldü

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlayan şəxs müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən xəbərə görə, RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Taleh Bərxudarov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman lüləyi və qundağı kəsilmiş 1 ədəd tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb.

 

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və Taleh Bərxudarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv