Keçmiş qayınatasını amansızlıqla öldürdü - XAÇMAZDA QƏTL

Xaçmazda qətl hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə rayonun Qımıl kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Qədirov Əlihüseyn Cəlil oğlu keçmiş kürəkəni, 1990-cı il təvəllüdlü Qurbanov Səfər İlham oğlu tərəfindən bıçaqlanıb. S.Qurbanov keçmiş qayınatasına 8 bıçaq zərbəsi vurub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

 

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv