Kəlbəcərdə minaya düşərək həlak olan hərbçi dəfn edilib
Dünən Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək həlak olan hərbçi Zöhrab Hümbətov dəfn olunub.
Şəhid Zöhrab Hümbətov anadan olduğu Tovuz rayonunda, Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.
Mina partlaması nəticəsində həlak olan şəxs Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğludur.