Kəlbəcərdəki tunel tikintisində türkiyəli fəhlə öldü

Kəlbəcərdə bədbəxt hadisə baş verib.

 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Toğanalı-Kəlbəcər tunelində qeydə alınıb.

 

Sözü gedən tuneldə fəhlə işləyən Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Osman Kaya daş qopması nəticəsində ölüb.

 

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv