Kəlbəcərdən qürur verən görüntülər - HEYRAN QALACAQSINIZ
Artıq ikinci ildir ki, təsərrüfat sahibləri öz mal-qarasını Kəlbəcər və Laçın yaylaqlarına aparır. Çünki zəngin bitki örtüyü və yem ehtiyatı olan bu yaylaqlar işğaldan əvvəlki dövrdə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub. 30-dan çox rayonun təsərrüfatları mövsüm ərzində Kəlbəcərin Sarıyer, Söyüdlü, Qoşdaş yaylaqlarına köç edib. Torpaqlarımız işğaldan azad olunandan sonra fermerlər yenidən öz təsərrüfatlarını bu yaylaqlara köçürməyə başlayıblar.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, ötən il pilot layihə çərçivəsində ilk dəfə Kəlbəcərə yaylaqlarına 10 min başa yaxın xırda və iribuynuzlu heyvan köçürülüb. Bu il isə yaylaqlara çıxarılan heyvanların sayı ötən ilə nisbətdə ən azı 30 dəfə artıqdır:
Yaylaqlara köçürülən mal-qara arasında xəstəliklərin yayılmaması, müalicəyə ehtiyacı olan heyvanlara yerində baytarlıq yardımı göstərmək üçün ilk dəfə olaraq baytar həkim qrupunun iştirakı ilə xüsusi monitorinqlər də keçirilir.
Qeyd edək ki, hazırda Kəlbəcər və Laçın yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi davam edir.