13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Kəlbəcərə gedən mülki avtomobil karvanı atəşə tutuldu

Bu gün saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtərin Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

 

Müdafiə Nazirliyindən verilən xəbərə görə, atəş nəticəsində kolonun önündə hərəkət edən Silahlı Qüvvələrin Hərbi Polis Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

 

Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.

 

Nazirlik Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulmasının yolverilməz olduğunu bildirib.

 

İnsidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın