Kəmaləddin Heydərov Qusarda qəbul keçirib
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dekabrın 20-də Qusar rayonunda vətəndaşları qəbul edib.
APA TV-nin şimal bürosunun məlumatına görə, qəbulda Qusar rayon sakinləri və rayonda məskunlaşan məcburi köçkünlər iştirak edib.
Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Kadr məsələləri və digər məsələlərlə bağlı müraciətlər müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul edilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə ünvanına çatdırılması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, eyni gündə Fövqəladə Hallar nazirinin birinci müavini Rəfael Mirzəyev Qubada, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev isə Xaçmaz vətəndaşlarla görüşüb.