Kənd sakinin evi yandı, azyaşlı uşağı öldü

Bərdədə fərdi yaşayış evində yanğın olub. Hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Yanğın Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı yaşayış evində baş verib. Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb. Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib. 2019-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə rayon xəstəxanasında dünyasını dəyişib. Tüstüdən zəhərləndiyi bildirilən 1975-ci il təvəllüdlü İlyasova Zümrüd Xasay qızının müalicəsi Bərdə rayon xəstəxanasında davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev, Fəzail Səfərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv