Kənd sakinini ayının pəncəsindən ailəsi xilas etdi - HƏYƏTİNDƏ
İsmayıllıda ayı sakini yaralayıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Xanagah kəndində qeydə alınıb.
Kənd sakini - 1950-ci il təvəllüdlü İsmayıl Yaqub oğlu Rəsulov yaşadığı evin həyətyanı sahəsində itburnu toplayarkən qəflətən ayının hücumuna məruz alıb.
Evdən çıxan ailə üzvləri səs-küy salaraq xilas edib. Ayı qaçıb.
Göz, sifət, əl və kürək nahiyəsindən xəsarətlər alan şəxs İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Çoxlu qan itirsə də həkimlərin sayəsində ölümdən qurtarılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.