Kənddə bir gün – 85 yaşlı qadın ağaca çıxıb meyvə yığır
Astaranın Məscidməhəllə kəndində yaşayan Zərəfşan nənə həyatın çətin sınaqlarına meydan oxuyub. Hazırda yaşının 85 olmasına baxmayaraq, nənə ağaca çıxıb meyvə yığır. Yığdığı məhsulu bazarda satıb, çörək pulu qazanır. O, evində tək yaşayır. Hər gün həyətində işləyir, təsərrüfatla məşğul olur. İki gün əvvəl o, ağaca çıxaraq əncir yığıb və bu meyvələri bazara aparıb satıb.