Kəndlərində hava limanı tikilən laçınlılar öz yurdlarında

Laçın rayonunun 30-dan artıq sakini  Laçına səfər  ediblər.

 

APA Tv-nin  əməkdaşı xəbər verir ki, laçınlılar Kəlbəcərdən keçməklə Laçın rayonunun Qorçu kəndində ata-baba yurdlarında olublar.

 

Səfər çərçivəsində onlar doğma kəndlərini  və evlərini ziyarət ediblər.

 

Həmçin səfər zamanı  laçınlılar Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Qorçu kəndi ərazisində  təməli qoyulan Laçın Beynəlxalq Hava Limanına da baş çəkiblər.

 

Fuad Nazimoğlu,

 

Mehdi Məmmədov

 

APA TV  Laçın

 

Müəllif | Apa.Tv
Apa.tv