Kərpic zavodunda faciə baş verdi, ölən var – BALAKƏNDƏ

Balakəndə kərpic istehsalı zavodunda faciə baş verib.

APA TV-nin məlumatına görə, hadisə  Balakən şəhəri 28 may küçəsində yerləşən Kərpic İstehsalı Müəssisəsində baş verib.

Belə ki, müəssisədə sürücü vəzifəsində çalışan rayon sakini 1991-ci il təvəllüdlü Murtuz Muradov idarə etdiyi avtokarla iş yoldaşı 1947-ci il təvəllüdlü Əhməd Malaxovu ehtiyatsızlıqdan vurub.

Əhməd Malaxov aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv