Kəsdiyi ağacın altında qaldı

Oğuz sakini meşədə kəsdiyi ağacın altında qalıb.

 

APA TV-nin Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxal kəndi ərazisində, meşəlikdə baş verib.

 

Rayonun Ərmənət kənd sakini, 1992-ci il təvəllüdlü Vüqar İlqar oğlu Mustafayev meşədə kəsdiyi ağacın budağının altında qalaraq xəsarət alıb.

 

30 yaşlı V. Mustafayevə Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərilib, daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.


Vüqar Heydərov, Əhməd Fərruxoğlu  APA TV. Oğuz

 

Müəllif | Apa.Tv
Apa.tv