Kiçik qardaşdan, böyük qardaşa: Sənin yığdıqlarını mən vurdum, dağıtdım

Bu gündən qışın daha mülayim hesab edilən “Böyük çillə”si bitir, daha soyuq sayılan “Kiçik çillə” başlayır. “Kiçik çillə”də havanın temperaturu daha kəskin düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir. Qışın bu sərt soyuğunda Babək rayonunun Şıxmahmud kəndində kiçik çilləni adət-ənənələrə uyğun səkildə qarşılayırlar. Qız gəlin, qohum əqrəbə bir yerə toplaşır, kimi toxuyur, kimi qovut çəkir, kimi yemək bişirir, kimi də bayatı deyir. Bir növ Xıdır Nəbi bayramına hazırlıq görülür. Kiçik çillə vaxtı havalar soyuq keçsə də camaat belə hava şəraitinin uzun sürməsindən heç də narahat deyil. Sakinlər deyir ki, bu çillə nə qədər sərt olsa da “Ömrü azdır, qabağı yazdır”. Kiçik çillənin sərt soyuğunda hamı öz evində vaxtını əyləncəli keçirməyin bir yolu axtarır. Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür. Bunlar 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və daha sonra 30 günlük Boz aydır. Qeyd edək ki, bəzi mənbələr “Çil” sözünü “çehl” sözü ilə, 40 rəqəmi ilə, bəzi mənbələrdə isə türk sözü olan “çil” sözü ilə əlaqələndirirlər. Yəni təbiətə çil düşür, təbiət ağır, çətin dövrünü keçirməyə başlayır. \

Ceyhun Məmmədov, Əli Xudiyev, APA T

Müəllif | Apa.Tv
Apa.tv