Kimi dincəlir, kimi həyətində iş görür, kimi doğma şəhəri yenidən qurur

Laçınlılar bilir, bu şəhər, təbiətin laçınlılara töhfə verdiyi möcüzədir. Dağların əhatəsində yeni səhərlərə gözünü açan bu şəhərdə küçələr, dalanlar qələbəlikdir. Hər kəs işlə məşğuldur. Kimi dincəlir, kimi həyətində iş görür, kimi də doğma şəhərin yaralarını sağaldır, təmir-tikinti işlərini başa vurmaq üçün səy göstərir. İndiki büsatını görəndə yaxın keçmişdə bu yerlərin müharibənin törətdiyi gözdağlayan, ürəkgöynədən xarabalıqlardan ibarət olduğuna inanmırsan. Şəhərin küçələri ilə irəlilədikcə görünən texnikalar, həvəslə çalışan insanlar, ətrafa yayılan səs-küy buranı böyük tikinti meydançasına bənzədir. Burada aparılan tikinti quruculuq işlərində minlərlə fədakar, zəhmətkeş insanın əməyi var. Onların yalnız bir hissəsi laçınlıdır. Laçını hündürdən seyr edəndə, şəhərin necə böyük zövqlə qurulduğundan bir daha əmin olur insan. Laçın bərpa işləri tam bitəndən sonra daha da gözəl, daha möhtəşəm olacaq, bu şəhər. EMİN BABAYEV, FƏZAİL SƏFƏROV, APA TV

Müəllif | Apa.Tv
Apa.tv