Kinoaktyor 25 veterana ev bağışladı
Avstriya-amerikalı kinoaktyor, Kaliforniyanın keçmiş qubernatoru, Respublikaçı Arnold Şvarsneqqer Milad ərəfəsində ABŞ-da evsiz qalan veteranlara kömək edən “Village for Vets” qeyri-kommersiya təşkilatına 250 min dollar bağışlayıb.
APA TV yerli “Fox LA” telekanalına istinadən xəbər verir ki, köçürülmüş ianə ilə 25 kiçik ev alınıb.
Bütün evlərə elektrik çəkilib, istilik sistemləri və kondisionerlər quraşdırılıb. Onların bəzilərində artıq ABŞ Silahlı Qüvvələrinin evsiz veteranları məskunlaşıb.
“Mənə hər şeyi verən ölkəyə nəsə verə bildiyim üçün şadam”, deyə Şvarsneqqer kanala müsahibəsində bildirib.