Kirayə evdə partlayış: 3 azyaşlı ağır vəziyyətdədir
Goranboyda yaşayış evində partlayış olub.
APA TV-nin qərb bürosunun məlumatına görə, ailənin 3 uşağı - 9 yaşlı Nihat, 3 yaşlı Cahid və 11 yaşlı Ümid Əhmədov qardaşları müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qardaşlardan böyüyü vəziyyəti ağır olduğundan, paytaxta göndərilib. Digər 2 azyaşlıya tibbi yardım göstərilib.
Partlayış baş verən ev ailəyə kirayəyə verilib. Fakt araşdırılır.