Kirayə mənzil bazarında son qiymətlər necədir?

Tədris ili başlayana yaxın bölgələrdən və ölkə xaricindən tələbələr təhsil müəssisələrinin olduğu şəhərlərə, əsasən də paytaxt Bakıya gəlməyə başlayır. Hər il təkcə Bakıda minlərlə mənzil tələbələr tərəfindən kirayələnir. Bu da əmlak bazarında müəyyən qədər canlanmaya, qiymət dəyişikliyinə səbəb olur. Paytaxtda kirayə verilən mənzillərin qiymətinin yüksək olması ilə əlaqədar tələbələr kənar ərazilərə üz tuturlar. Ancaq kənar ərazilərdə ev kiraləyələmək tələbələr üçün həm yol xərci, həm də vaxt itkisi baxımından əlverişli deyil. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev istər köhnə, istər yeni tikililərdəki kirayə mənzil qiymətlərində artım olduğunu bildirir. Elnur Fərzəliyev hesab edir ki, tələbə yataqxanaları kifayət qədər olsa, kirayə mənzillərin qiymətində enmə ola bilər. Qeyd edək ki, təhsil müəssiələri və metrostansiyalarının yerləşmə yerləri ilə bağlı olaraq paytaxtın Yasamal, Səbail, Nəsimi və Nərimanov rayonlarındakı kirayə mənzillər digər ərazilərdəkilərə nisbətən daha yüksək qiymətə təklif olunur. ORXAN ASLAN ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv