Kişi arvadı ilə qayınanasının tutduğu killerlərlə dost oldu

Hindistanda qadın ərini öldürmək üçün üç qatil tutub, lakin “killer”lər qadının əri ilə dost olublar. APA TV xəbər verir ki, bu barədə Mirror nəşri yazıb. Belə ki, sevgilisi ilə kişini aldadan qadın ərini öldürmək qərarına gəlib. Bunun üçün üç “killer” tapır və görəcəkləri işin müqabilində 2300 dollar ödəyəcəyini vəd edir. Lakin qatillər hədəfə yaxın olanda hər şey plana uyğun getmir. Qatillər kişi ilə dost olublar və arvadının planını ona danışıblar. Kişinin guya öldüyünü qadına sübut etmək üçün üzərinə ketçup töküblər və fotolarını çəkib qadına göndəriblər. Ər hər şeyi polisə danışdıqdan sonra məlum olub ki, bu işdə onun qayınanasının da əli var. Bütün bunlara baxmayaraq, ər arvadını bağışlayıb və polis məmurlarından onu cəzalandırmamağı xahiş edib.

Müəllif | Apa.Tv
Apa.tv