Kişi sevgilisinin boğazını kəsdi - APA TV
Balakəndə 27 yaşlı gənc qeyri-rəsmi nikahda yaşadığı 21 yaşlı qızın boğazını kəsərək qətlə yetirib. APA TV-nin məlumatına görə, hadisə günorta saatlarında Balakən şəhəri Bayraq Meydanı deyilən ərazidə baş verib. Balakən rayonu Qazma kənd sakini 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi nikahda yaşadığı rayon sakini 2001-ci il təvəllüdlü Abdurahmanova Emilya Məzahir qızının boğaz nahiyəsini kəsib. Emilya Abdurahmanova ağır vəziyyətdə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Gənc qızın üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Emilya Abdurahmanova aldığı xəsarətdən dünyasını dəyişib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elton Layıcov saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Balakən Rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.