Kişini qətlə yetirib su kanalına atdılar - TOVUZDA
Tovuzda kişi meyiti tapılıb.
APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əhməd Cavad küçəsində baş verib. Həmin küçədən keçən su kanalında orta yaşlı kişi meyiti tapılıb. Məlumata görə, meyitin üzərində bıçaq xəsarətləri aşkar edilib. Tovuzda su kanalında meyiti tapılan şəxsin kimliyi məlum olub. Bu, 1991-ci il təvəllüdlü Elnur Mehdiyev Valeh oğludur. Məlumata görə, həmin şəxs qətlə yetirildikdən sonra su kanalına atılıb.
Faktla bağlı araşdırma aparılır.