Kişinin mədəsindən 233 əşya çıxarıldı - Həkimlər şokda

Türkiyədə cərrahlar kişinin mədəsində 233 müxtəlif yad cisim aşkarlayıb.

APA TV xəbər verir ki, 35 yaşlı Burhan Demir xəstəxanaya qarnında dəhşətli ağrılarla gətirilib.

Rentgen və endoskopik müayinə zamanı onun mədəsində 233 ədəd yad cisim olduğu aşkarlanıb. Həmin əşyalar arasında mismar, daş, şüşə qırığı, plastik, batareya, maqnit və digər şeylər olub.

Əməliyyatı icra edən cərrah yoğun bağırsaqda metal cisim və müxtəlif daşlar da aşkarladığını bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı mismarlardan birinin mədənin divarını deşdiyi üzə çıxıb.

Həkim deyib ki, belə hal yaşlı xəstələrdə nadir görünür. Adətən uşaqlar yad cisimləri udduğuna görə, belə hallara ancaq azyaşlılarda rast gəlinir.

Müəllif | Apa.Tv
Apa.tv