Kiyevdə iki azərbaycanlı tələbə güllələndi

Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı tələbəyə atəş açılıb.

 

APA TV-nin Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, naməlum şəxslər iyulun 25-nə keçən gecə Konovaltsya küçəsində, “Montekki və Kapuletti” restoranının yaxınlığında “Mercedes- Gelenvagen” markalı avtomobildən azərbaycanlı tələbələrə tapançadan atəş açıblar.

 

Bildirilir ki, atəşin açıldığı 50 RV 100 dövlət nömrə nişanlı avtomobilin və hadisəni törədən şəxslərin tapılması üçün hüquq-mühafizə orqanları hərəkətə keçib.

 

Məlumatda o da qeyd olunur ki, ayağından yaralanan Azərbaycan vətəndaşı Nicat Kərimov Kiyev şəhər 8 saylı Kilinik Xəstəxanaya yerləşdirilib. Digər şəxs - 2000-ci il təvəllüdlü Azər Abbasov da ayağından yaralanıb, ona tibbi yardım göstərilib, lakin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. 

 

Hadisənin ermənilər tərəfindən törədildiyi ehtimal edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv