"Köhlən atlar" “Flaqman”a futbol dərsi keçdi – APA TV

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub. Son oyun günündə bir qarşılaşma keçirilib. Turun mərkəzi görüşündə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda Ağdam təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada ilk qolu 70-ci dəqiqədə Yassin Benzia vurub. Matçda son nöqtəni isə 90+2-ci dəqiqədə Hamidu Keyta qoyub. Bu nəticədən sonra "Köhlən atlar" 38 xalla turnir cədvəlinə başçılıq edir. 25 xalı olan “Neftçi” isə beşinci pillədə qərarlaşıb.

Müəllif | Apa.Tv
Apa.tv