Kölndə ordumuza daha bir dəstək aksiyası keçirilib

Bu gün Almaniyanın Köln şəhərində Azərbaycan Ordusuna dəstək məqsədi ilə daha bir dəstək aksiya keçirilib.

 

APA TV xəbər verir ki, Köln kafedralı qarşısında baş tutan aksiyada Almaniyanın müxtəlif əyalətində yaşayan həmvətənlərimizlə yanaşı Türkiyə vətəndaşları da iştirak ediblər.

 

Dövlət himnimizin səsləndirilməsindən sonra bildirilib ki, aksiyadan əvvəl bir qrup erməni təxribat törətməyə cəhd edib. Polis əməkdaşlarına dərhal bu barədə məlumat verildikdən sonra onlar ərazidən uzaqlaşdırılıblar.

 

Aksiyada “Qarabağ Azərbaycandır”, “Azərbaycan-Türkiyə”,  “Erməni terroruna son!”, “Ordumuza dəstəyik”  kimi şüarlar səsləndirilib.

Müəllif | Apa.Tv
Apa.tv