Komandiri maşınını, əsgəri silahını qoyub qaçdı – CƏBRAYILDA ƏLƏ KEÇİRİLƏN SİLAH-SURSAT

Papağını, silahını ataraq ayağı yalın vəziyyətdə qaçan erməni əsgəri. Bunlar ötən gün Cəbrayıl rayonunun Azərbaycan ordusu tərəfindən işğaldan azad olunması zamanı düşmənin son vəziyyətinin təsviridir.

 

Əks-hücum əməliyyatları zamanı Azərbaycan ordusu düşmənə məxsus bir çox hərbi qənimətləri ələ keçirib.

 

23 avqust 1993-cü il, yəni 27 il bundan öncə düşmən ordusu Cəbrayılı işğal edən zaman bu texnikalar günahsız insanların üzərindən əzərək keçmişdi. İndi isə ordumuzun qüdrəti sayəsində ayaqlarımız altındadır. Bu texnikalar ötən gün işğaldan azad olunan Cəbrayılın geri qaytarılması zamanı Azərbaycan ordusunun şəxsən özlərinin sürüb gətirdiyi hərbi texnikalardır.

 

Qənimətlərə doqquz “URAL”, bir “QAZ 33-08”, bir “UAZ”, üç tank aiddir. Vəziyyət elə olub ki, düşmən qaçmağa son durumda macal tapıb. Özü də açarları avtomobillərin üzərində qoyaraq. . 

 

Azərbaycan ordusunun ələ keçirdiyi hərbi qənimətlərdən biri də bu cür “URAL” tipli avtomobillərdir ki, kadrlardan onun əzilmiş formada olduğu görünür. Bu da o deməkdir ki, Azərbaycan ordusu həm düşmənin başını, həm də texnikasını əzir. Daha bir maraqlı fakt ondan ibarətdir ki, avtomobillərin içərisinə baxış keçirən zaman burada düşmənə məxsus silahın olduğunu gördük. Bu isə bir daha düşmənin necə qorxaq və döyüşmək istəmədiyindən xəbər verir.

 

Səngərdə silah əsgərin dostudur. Operatorumuz Ziyanın kadrı isə düşmənin dostuna da xəyanət etdiyini deyir.

 

Ötən gün Azərbaycan ordusunun Cəbrayılı işğal etdiyi gündə ələ keçirilən texnikalardan biri də “UAZ” tipli hərbi avtomobildir. Həmin maşın onların komandirlərinə məxsusdur. Bu da bir daha onu sübut edir ki, Azərbaycan ordusuna düşmənin yalnız əsgərləri deyil, komandirləri də tab gətirməyərək qaçmağa üstünlük verir.

 

Görüntülər yalnız bir sözü deyir: Ermənistan ordusunun taleyi Azərbaycan ordusundan asılıdır. Yaşamaları üçün ya qaçmaq, ya da təslim olmaq imkanları var.

 

Elvin Paşazadə,

Ziya İsmayılov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv