Komitə sədri kənarda yaşayan soydaşlarımızla bağlı TƏKLİF İRƏLİ SÜRÜB
“Biz artıq səfirliklərimizin sayını da artırmalıyıq. Hər bir halda vaxt gəlib çatıb ki, yeni səfirliklərin açılması ilə bağlı siyahıya yenidən baxaq”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları komitələri ilə birgə iclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri Azərbaycandan kənarda yaşayan soydaşlarımızın müdafiəsi ilə bağlı da təklif irəli sürüb: “Prezidentin çıxışında qeyd etdiyi kimi, başqa ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsinə xüsusi diqqət yetirək. 40 milyona yaxın Azərbaycandan kənarda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə diqqəti artırmalıyıq. Bu da növbəti vəsaitlər tələb edir. Bunu daha yüksək səviyyədə büdcədə görmək bizim hamımızın arzusudur”.