Koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda yanlışlıq olub

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

APA TV-nin xəbərinə görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar. 

27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı  vətəndaşlara yeni SMS-lər göndəriləcək: "Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".

Müəllif | Apa.Tv
Apa.tv