Koronavirus xəstəsi küçəyə çıxdığı üçün barəsində cinayət işi açıldı - MİNGƏÇEVİRDƏ

Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA TV-nin Mingəçevir bürosuna  verilən məlumata görə, məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Dərhal şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası cəlb  edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana  aparılıb.

Mingəçevir Şəhər Polis Şöbəsində Yaqub Rəhimov barəsində cinayət işi başlanılıb və  o, polis nəzarətinə götürülüb. Əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Ehtiram Muradov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv