Koronavirus xəstəsinin qayınatasının yasına getdiyi aşkarlanıb
Salyanda koronavirus xəstəsi yas mərasiminə getdiyi üçün saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayonun Aşağı Kürkənd sakini Əli Ağayev koronavirus xəstəsi olduğu və ona yaşayış yerini tərk etməmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, buna məhəl qoymayıb. Əli Ağayev rayon ərazisində qayınatısının yasına gedərək sanitar-karantin qaydalarını pozub.
Polis əməkdaşları tərəfindən saxlanılan Əli Ağayev tibbi prosedurlar gözlənilməklə yaşayış yerinə qaytarılıb. Onun barəsində qanuni tədbir görülüb.
Həmçinin, yas mərasimi keçirən Əli Ağayevin qohumu olan 4 nəfər 200 manat məbləğində cərimələniblər.