Koronavirusa görə Ağdaşda orta məktəblərdən biri də bağlandı

Daha bir orta məktəb distant təhsilə cəlb olunub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağdaş şəhər Bəkir Nəiyev adına tam orta məktəbdə 2 şagird və bir müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib. Dərhal məktəb rəhbəliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məktəbin girişi hissəsi və bütün otaqları dezinfeksiya edilir.

Qeyd edək ki, 2020-2021 ci tədris ilində bu günə kimi rayon üzrə təhsil müəssisələrində 35 şagird və 9 müəllimdə COVİD-19 virusu aşkar edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv