Koronavirusa görə bağlanan “Şəki bazarı” açıldı
Şəkidə koronavirusa kütləvi yoluxma aşkarlanan bazar açılıb.
APA TV-nin məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən müvəqqəti bağlanan “Şəki Bazar” ASC bu gün səhər saatlarından fəaliyyətə başlayıb.
Bazar ərazisində sosial izolyasiya və gigiyena qaydalarının təbliğ olunması üçün müvafiq tədbirlər görülüb, işçi heyət təlimatlandırılıb.
Hər bir vətəndaşdan bazara giriş üçün maskadan istifadə etmək tələb olunur. Eyni zamanda, daxil olan şəxslərin temperaturu yoxlanıldıqdan sonra bazara buraxılır. Müəssisəyə lazımi qədər maskalar və dezinfeksiya vasitələri də gətirilib.
Qeyd edək ki, “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar sentyabr ayının birinci yarısı ərzində aparılan testlər nəticəsində 12 nəfərin virusa yoluxduğu aşkar edilmişdir.